"Miss Macarıstan": "Tramp bir gecəni onunla keçirməyimi istədi"

"Miss Macarıstan": "Tramp bir gecəni onunla keçirməyimi istədi"
21:19 16 Yanvar 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

“Miss Macarıstan 2013” gözəli Kata Sarka dəvət aldığı proqramlardan birində maraqlı etiraf edib.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, 2013-cü ildə Rusiyada ölkəsini gözəllik yarışmasında təmsil edərkən ABŞ prezidenti Donald Tramp ilə tanış olduğunu deyib.

 

Macarıstan gözəlinin sözlərinə əsasən, o zaman yarışmanın təşkilatçısı kimi Rusiyaya səfər edən Donald Kataya yaxınlaşıb və ona belə bir təklif edib:

 

“Mənə bir kişi yaxınlaşdı və kim olduğumu soruşdu. Mən Macarıstandan gəldiyimi və ölkəmi təmsil etdiyimi dedim. O, güldü və məni daha yaxından tanımaq üçün qaldığı otelin vizit kartını verərək, mənimlə bir gecəni orada keçirmək istədiyini bildirdi”, - deyə Sarka qeyd edib.

 

Qeyd edək ki, D.Tramp 2013-cü ildə Melani Tramp ilə ailə olub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/265334

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR