Bir gecəyə 16 milyon qazandılar - FOTO

Bir gecəyə 16 milyon qazandılar - FOTO
21:47 16 Yanvar 2017
Ölkə mətbuatı
A- A+

Qeyd etdiyimiz kimi, Rusiyalı milyarder, "Domodedovo" hava limanının sahiblərindən biri Valeri Koqan nəvəsi, 19 yaşlı İrina Koqan və nişanlısı, ingilis əsilli yəhudi Daniel Kenvey üçün Böyük Britaniyada "The Landmark London" hotelində toy mərasimi təşkil edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 9 saat davam edən toyda təkcə amerikalı müğənni Meray Keri və Elton Cona 16 milyon türk lirəsi (təxminən 7 milyon 700 min AZN; 4 milyon 300 min dollar) verilib. 

Eyni zamanda, mərasimdə dünya ulduzlarından Antonio Banderas, Filipp Kirkorov, Stas Mixaylov, Aleksandr Serov, İqor Nikolayev, Lev Leşenko, azərbaycanlı müğənni Yusif Eyvazov və xanımı, opera sənətçisi Anna Netrebko, eləcə də, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.

Qeyd edək ki, Valeri Koqan iki il əvvəl "Forbes" jurnalının tərtib etdiyi dünya üzrə 200 milyarder arasında 41-ci yerdə idi. O, 2,5 milyard dollar sərvətə sahibdir.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/508368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR