x
Loading...
.

ŞOK:12 nəfəri öldürən alman kəşfiyyatının adamı çıxdı

ŞOK:12 nəfəri öldürən alman kəşfiyyatının adamı çıxdı
22:23 16 Yanvar 2017
137 Dünya
Ölkə mətbuatı
A- A+
.

Berlində 2016-cı il dekabrın 19-da Milad bazarına yük avtomobili ilə girərək 12 nəfəri öldürən və ən azı 50 nəfəri yaralayan Tunis əsilli Anis Amrinin alman kəşfiyyat xidmətləri ilə əlaqəsi olduğu ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu haqda yerli media yazıb.

Amrinin Almaniya hökuməti tərəfindən qorunduğu məlum olub. Terrorçu 14 fərqli pasportdan istifadə edib. 2016-cı ilin aprel ayında sığınacaq barədə etdiyi müraciət rədd edilməsinə baxmayaraq, Amri deportasiya olunmayıb.

Kəşfiyyat səlahiyyətlilərinin Amrini “xəbərçi” kimi nəzarət altına almağa çalışdığı bildirilir.

Başqa bir məlumata görə, Mərakeşin xüsusi xidmət orqanları Amrinin terror hücumu planlaşdırdığına bağlı məlumatı Almaniya kəşfiyyatı ilə paylaşıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/183972.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR