Aktrisanın şahzadə ilə evlənməyinə qardaşı mane ola bilər

Aktrisanın şahzadə ilə evlənməyinə qardaşı mane ola bilər
22:31 16 Yanvar 2017
82 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Meqan Marklın böyük qardaşı Tomas Markl bacısının şahzadə Harri ilə evlənməsinə mane ola bilər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yanvarın 12-də Tomas içkili olduğundan qız dostunun başına tapança dirədiyi üçün həbs olunub. Daha sonra onu 1,5 min dollar civarında cərimələyərək, ev dustaqlığına buraxıblar.

Marklın həyat yoldaşının sözlərinə əsasən, o, çoxdandır içki içir və hər dəfə belə hadisələrlə üzləşir. “Bu kimi insidentlər onun bacısının gələcəkdə şahzadə ilə ailə qurmasına mane ola bilər. Amma Tomas özü bunu istəmir. Çünki o, Meqanla fəxr edir”.

Qeyd edək ki, bir müddət əvvəl Markl ilə Harrinin bu il toy edəcəkləri barədə xəbər yayılıb. Hazırda Norveçdə istirahət edən cütlüyün evliliyə tam hazır olduğu bildirilib.

Xatırladaq ki, cütlük artıq bir-birilərinin ailə üzvləri ilə də tanış olub.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=64823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR