x
Loading...

Doğuşa qədər hamilə olduğunu bilməyib - Bakıda qeyri-adi hadisə

Doğuşa qədər hamilə olduğunu bilməyib - Bakıda qeyri-adi hadisə
23:21 16 Yanvar 2017
Ölkə mətbuatı
A- A+
.

Bakıda qeyri-adi hadisə baş verib.

Axşam.az-ın məlumatına görə, 39 yaşlı qadın Nailə Ramazanova 9 ay boyunca hamiləliyindən xəbərsiz olub.

Nailə hamilə olduğunu 9 ay sonra bilib. Nəfəs darlığı şikayəti ilə həkimə müraciət etdikdə əsl səbəb ortaya çıxıb və xəstə dərhal keysəriyyə əməliyyatına alınıb. Sürpriz uşaq bütün ailənin sevincinə səbəb olub.

Xəstəni əməliyyat edən Natiq Məhərrəmov qeyd edir ki, qadın 9 ay boyunca həkim müayinəsindən keçməsə də, bu, hamiləliyin gedişatına mənfi təsir etməyib.

Ana 2 səbəbdən hamiləliyindən bixəbər olub. Belə ki, Nailə xanım daha əvvəl ginekoloji problem yaşadığından problemin davam etdiyini düşünüb, eyni zamanda çəkisi onun hamiləliyini gizlədib.

9 ay müddətində varlığından heçkəsin xəbəri olmasa da hazırda ananın da körpənin də vəziyyəti yaxşıdır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=64825

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR