"Qalatasaray" ulduzunu Çin klubuna təklif etdi - Şok qərar

"Qalatasaray" ulduzunu Çin klubuna təklif etdi -   Şok qərar
00:17 17 Yanvar 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" Səlcuk İnanla bağlı gözlənilməz qərar verib. Fanat.Az xəbər verir ki, İstanbul klubu kapitanını Çin klubuna satmağa çalışıb.

Belə ki, son dövrlər formada olmayan Səlcuk "Pekin Quoan"a təklif olunub. Lakin tərəflər arasında razılıq əldə olunmayıb. Bu komandada Səlcukun yaxın dostu Burak Yılmaz çıxış edib. "Qalatasaray" onu bu kluba 2016-cı ildə 8 milyon avroya satıb.

Qeyd edək ki, "Qalatasaray"ın preztdenti Dursun Özbek bir müddət əvvəl "Çindən gələcək yüksək məbləğli transfer təkliflərini gözləyirik" demişdi. Klub rəsmisi Levent Nazifoğlu isə "Podolskiyə Çindən təklif var. Sneyderlə də maraqlanırlar" açıqlamasını vermişdi.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquot-ulduzunu-cin-klubuna-tklif-etdi-t55618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR