x
Loading...

Bu gün Avroparlamentin yeni sədri bəlli olacaq

Bu gün Avroparlamentin yeni sədri bəlli olacaq
03:44 17 Yanvar 2017
70 Digər
Ölkə mətbuatı
A- A+
.

Bu gün Strasburqda gizli səsvermə ilə Avroparlamentin yeni sədri seçiləcək.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, seçkiyə yerli vaxtla saat 09:00-da start veriləcək.  Namizəd qələbə üçün 50% üstəgəl bir səs toplamalıdır.

 

Avroparlamentin yeni sədri postu uğrunda üç nəfərin mübarizə aparacağı bildirilir. Bunlar 63 yaşlı italiyalı Antonio Tayani (“Avropa Xalq Partiyası”), onun həmvətəni Canni Pitella (“Avropa Sosialistləri Partiyası”) və Avropa Parlamentində liberal demokrat qrupunun rəhbəri belçikalı Qi Verhofstadtdır.

 

Parlamentarilər həmçinin 14 sədr müavini, eləcə də inzibati və maliyyə məsələləri ilə məşğul olacaq 5 məsul şəxsi seçəcəklər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/265345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR