"Yuventus"-un yeni loqotipi təqdim edildi

"Yuventus"-un yeni loqotipi təqdim edildi
03:59 17 Yanvar 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Yuventus" futbol klubu rəsmi olaraq yeni loqotipini və komandanın vizual tərtibatını təqdim edib.

 

Lent.az-ın “report”-a istinadən xəbərinə görə, bu barədə klubun mətbuat xidmətinin məlumatında deyilir. Jurnalistlər üçün qapalı olan tədbir bazar ertəsi axşam keçirilib və klubun rəsmi saytı vasitəsi ilə birbaşa yayımlanıb. Yeni loqotip klub prezidenti Canni Anyelli tərəfindən təqdim olunub. O, loqotipin bu ilin iyul ayından istifadə olunacağını bildirib.

 

"Yeni loqotip bizim mənsubluq hissimizi və bizə seçdiyimiz yol ilə birgə getməyə imkan verən xüsusi üslubumuzu rəmzləşdirir", - deyə prezident qeyd edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/265346

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR