Onlar da boşanır (FOTO)

17:16 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyənin daha bir məşhur müğənnisi boşanır. ANS PRESS-in məlumatına görə, bu dəfə tanınmış müğənni Əmra Altuğ ilə model həyat yoldaşı Çağla Şikel ayrılmaq haqqında qərar veriblər.

Bu barədə cütlüyün vəkilləri Esennur Ezgi açıqlama verib.

Qeyd edək ki, iki oğlu olan cütlüyün daha öncə də bir necə dəfə boşanmaları haqqında məlumatlar yayılıb. Lakin onlar hər dəfə bu xəbərləri təkzib edərək nümunəvi cütlüklərdən olduqlarını sübut edə biliblər.

Müğəmmi və modelin ortaq açıqlamasında belə deyilir: "Təssüflənərək bildiririk ki, 7 illik evliliyimizdə yol ayrıcına daxil olmuşuq. Biz böyük bir sevgi və tərifi mümkün olmayan məhəbbətlə evliliyimizi davam etdirdik. Amma indi anlaşaraq ayrılmağa qərar verdik. Bundan sonrakı həyatımızda da hər zaman bir-birimizə minnətdar olacağıq. Ayrılığımızda hər hansı üçüncü şəxs amili mövcud deyil".





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR