Məscidə hücum: 23 ölü

Məscidə hücum: 23 ölü
17:23 6 Yanvar 2015
136 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Məftun Salmanov/

İraqın Ənbar vilayətində iki terrorçu-intiharçının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 23 əməkdaşı ölüb.

Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 21 nəfər xəsarət alıb.

Məlumata görə, terrorçular Əl-Cubba regionundakı təhlükəsizlik qüvvələri əməkdaşlarının olduğu məscidə hücum ediblər.

Partlayış nəticəsində ilkin olaraq 10 nəfər ölüb. Bundan sonra baş vermiş atışma zamanı daha 13 təhlükəsizlik əməkdaşı dünyasını dəyişib.

Terror aktına görə məsuliyyəti heç kəs üzərinə götürməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2350359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR