Şabranda iki qardaşın avtomobilləri toqquşub

Şabranda iki qardaşın avtomobilləri toqquşub
17:37 6 Yanvar 2015
131 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 17:33 ]

Şabran. Vəli Turan - APA. Bu gün Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayonuna alma almağa gələn Biləsuvar rayon sakini Dadaşov İlqar Qurban oğlunun idarə etdiyi 12 BE 416 dövlət nömrə nişalı “QAZel” markalı yük maşını ilə əks istiqamətdə hərəkətdə olan, onun qardaşı Vüqar Dadaşovun idarə etdiyi 12 BE 682 qeydiyyatlı “QAZel” markalı yük maşını toqquşub.

 

Daha sonra nəqliyyat vasitəsi 10 TB 324 dövlət nömrə nişanlı sərnişin avtobusuna dəyib. Qəza zamanı ağır xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.


Faktla bağlı araşdırmalar davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR