Şabranda iki qardaşın avtomobilləri toqquşdu

Şabranda iki qardaşın avtomobilləri toqquşdu
17:47 6 Yanvar 2015
105 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib
APA-nın verdiyi məlumata görə, Quba rayonuna alma almağa gələn Biləsuvar rayon sakini Dadaşov İlqar Qurban oğlunun idarə etdiyi 12 BE 416 dövlət nömrə nişalı “QAZel” markalı yük maşını ilə əks istiqamətdə hərəkətdə olan, onun qardaşı Vüqar Dadaşovun idarə etdiyi 12 BE 682 qeydiyyatlı “QAZel” markalı yük maşını ilə toqquşub.

Daha sonra nəqliyyat vasitəsi 10 TB 324 dövlət nömrə nişanlı sərnişin avtobusuna dəyib. Qəza zamanı ağır xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR