Vağzalda sıxlıq: bilet qalmadı

Vağzalda sıxlıq: bilet qalmadı
16:32 14 Mart 2015
61 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı dəmiryol vağzalında izdiham müşahidə olunur. Bayramqabağı ölkədaxili istiqamətdə qatarların kupesinə satışda bilet qalmayıb.
 
Axar.az-ın əməkdaşı dəmiryol vağzalında olub. Müxbirimiz kassalardan cənub zonası və qərb bölgəsi istiqamətinə kupeyə bilet istəyib. Xəzinədarlar isə kupeyə bilet qalmadığını bildiriblər və ayın 19-da kassalara yaxınlaşmağı məsləhət görüblər.
 
Kassirlərin sözlərinə görə, bayrama bir gün qalmış qatarlara əlavə kupe-vaqonların qoşulacağı ehtimal olunur. Hazırda yalnız plaskarta bilet tapmaq olar ki, artıq ayın 15-dək kassalarda bir bilet də qalmayacağını əminliklə söyləmək olar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/329685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR