Nyu-Yorkda və Londonda neft qiymətləri hiss olunacaq dərəcədə aşağı düşür

Nyu-Yorkda və Londonda neft qiymətləri hiss olunacaq dərəcədə aşağı düşür
16:53 14 Mart 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 14 mart, AZƏRTAC
Martın 13-də Nyu-Yorkda WTI markalı neftin barrelinin qiyməti 2,21 dollar (4,7 faiz) ucuzlaşaraq 45 dollardan da aşağı düşüb. Qərbi Texas neftinin qiyməti həftənin nəticələrinə görə artıq 9,6 faiz geriləyib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Londonda isə brent markalı neftin barrelinin qiyməti 3,66 faiz aşağı düşərək 54,99 dollara satılıb.
Qara qızılın dəyərdən düşməsi dünya neft bazarında təklifin tələbi xeyli dərəcədə üstələməsi fonunda baş verir. Bundan başqa ABŞ-dakı yanacaq anbarlarında neft ehtiyatlarının maksimal səviyyəyə çatması xəbərinin də qiymətlərə təsir göstərdiyi bildirilir.
ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, ölkədə neft ehtiyatları ötən həftə ərzində 4,5 milyon barrelə qədər artaraq son 80 ildə maksimal səviyyəyə - 448,9 milyon barrelə çatıb. Bununla yanaşı, ABŞ-da neft istehsalı keçən həftə sutkada 9,37 milyon barrelə qədər artıb ki, bu da 1983-cü ildən bəri ən yüksək göstəricidir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nyu_Yorkda_ve_Londonda_neft_qiymetleri_hiss_olunacaq_derecede_asagi_dusur-839360

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR