Azərbaycanın “BP group” şirkəti 2014-cü ildə Gürcüstan iqtisadiyyatının ən iri sərmayədarı olub

Azərbaycanın “BP group” şirkəti 2014-cü ildə Gürcüstan iqtisadiyyatının ən iri sərmayədarı olub
16:58 14 Mart 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 14 mart, AZƏRTAC
AZƏRTAC Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, Azərbaycanın “BP group” şirkəti 2014-cü ildə Gürcüstanın ən iri sərmayədarı olub. Şirkət bu ölkənin nəqliyyat və rabitə sahəsinə sərmayə yatırıb.
İkinci yerdə Çinin “Hualing international special economic zone” konserni, üçüncü yerdə isə Hollandiyanın “Açaristskali” şirkəti gəlir.
İlkin məlumata görə, 2014-cü ildə Gürcüstana yatırılan investisiyaların həcmi 1,272 milyard dollar təşkil edib.
2014-cü ildə Gürcüstanın iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə Niderland (331 milyon dollar) birinci yerdədir. Onun yatırdığı sərmayə birbaşa xarici investisiyaların ümümi həcminin 26 faizini təşkil edir. İkinci yerdə Azərbaycan (302 milyon dollar, 24 faiz), üçüncü yerdə isə Çin (195 milyon dollar, 15 faiz) gəlir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_BP_group_sirketi_2014_cu_ilde_Gurcustan_iqtisadiyyatinin_en_iri_sermayedari_olub-839361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR