İraqda terrorçu-kamikadzelərin hücumu nəticəsində 23 polis əməkdaşı ölüb

İraqda terrorçu-kamikadzelərin hücumu nəticəsində 23 polis əməkdaşı ölüb
17:52 6 Yanvar 2015
135 Dünya
Ölkə mətbuatı
A- A+

İraqda terrorçu-kamikadzelərin hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 23 əməkdaşı ölüb
APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, hadisə Anbar əyalətində baş verib.

Bildirilir ki, terrorçular Əl-Cubba bölgəsində yerləşən məscidə hücum ediblər. Həmin vaxt məsciddə polis əməkdaşları olub. Partlayışlar nəticəsində 10 nəfər ölüb. Bundan sonra atışma başlayıb. Atışma zamanı daha 13 nəfər qətlə yetirilib.

Qeyd edək ki, Əl-Cubba məscidi amerikalı hərbçilərin olduğu Ayn-əl-Əsəd aviabazası yaxınlığında yerləşir. Hələlik hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR