Türkiyənin ilk kilsəsi tikilir

Türkiyənin ilk kilsəsi tikilir
17:56 6 Yanvar 2015
157 Sosial
Ölkə mətbuatı
A- A+

Osmanlı imperiyasının dağıldığı və Türkiyə Cumhuriyyətinin elan edildiyi 1923-cü ildən bu yana ilk dəfə olaraq bu ölkədə ilk dəfə olaraq kilsə tikintisinə qərar verilib.

ANS PRESS-in məlumatına görə, arami xristianları, yəni aysorlar üçün nəzərdə tutulmuş kilsə İstanbulun Yeşilköy səmtində tikiləcək. Bu barədə baş nazir Əhməd Davudoğlu qeyri-müsəlman dini icmaların təmsilçiləri ilə görüşü zamanı bildirib.

Türkiyədə indiyə kimi xirstian kilsələrini yalnız bərpa edirdilər. Amma Roma papası Fransiskin bu ölkəyə səfərindən sonra aysorlar üçün kilsə tikintsinə qərar verilib.

Türkiyədə arami xristinaların sayı 20 minə çatır. Bunlar əsasən ölkənin güney-şərqində yaşayan pravoslavlardır. Tikintiyə yaxın aylarda başlanacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=40&nid=318033

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR