İmişli. Əlibəy Zeynallı - APA. İmişli rayonunda qətl hadisəsi baş verib. İmişli Rayon Prokurorluğundan APA-nın Mil Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gün rayonun Yalavac kəndində qeydə alınıb.
Kənd sakini, 1991-ci il təvəllüdlü Zeynalov Attıxan Əbil oğlu həmkəndlisi, 1986-cı il təvəllüdlü Usubov Emin Kamil oğlunu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisəni törədən A. Zeynalov tutulub.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.