Nazir Şahin Mustafayev Şarm Əl-Şeyxdə keçirilən “Misirin gələcəyi” adlı beynəlxalq konfransda iştirak edib

Nazir Şahin Mustafayev Şarm Əl-Şeyxdə keçirilən “Misirin gələcəyi” adlı beynəlxalq konfransda iştirak edib
17:48 14 Mart 2015
Ölkə mətbuatı
A- A+


Qahirə, 14 mart, AZƏRTAC
Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 13-15 mart tarixlərində Misirin Şarm Əl-Şeyx şəhərində Misir iqtisadiyyatının dəstəklənməsinə həsr olunmuş və dünyanın 90-dan çox ölkəsini təmsil edən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən “Misirin gələcəyi” adlı beynəlxalq konfransda iştirak edib.
Ş.Mustafayev konfrans çərçivəsində Misir Ərəb Respublikasının xarici işlər naziri Sameh Şukri ilə görüş keçirib. Görüş zamanı ikitərəfli münasibətlərin səviyyəsindən danışılaraq, bu əlaqələrin inkişafı və gücləndirilməsi üçün hər iki tərəfdə siyasi iradənin və mövcud potensialın olduğu vurğulanıb.
Görüş zamanı həmçinin Azərbaycan və Misir arasında müştərək iqtisadi komissiyanın növbəti iclasının cari ilin sonlarında keçiriləcəyi bildirilib, sözügedən komissiyanın iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafı üçün xüsusi önəm daşıdığı vurğulanıb.
Görüşün sonunda Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə ünvanladığı məktubu Misirin xarici işlər naziri Sameh Şukriyə təqdim edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nazir_Sahin_Mustafayev_Sarm_Al_Seyxde_kechirilen_Misirin_geleceyi_adli_beynelxalq_konfransda_istirak_edib-839377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR