Eks-prezidentin məhkəməsi dayandırıldı

17:58 6 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Məftun Salmanov/

Qvatemalada soyqırım haqqında iş üzrə məhkəmə dayandırılıb.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, buna səbəb iş üzrə dindirilən Qvatemalanın sabiq diktatoru Xose Efrain Rios Monttun vəkillərinin hakimlərdən birini tərəf saxlamaqda ittiham etməsi olub.

Vəkillər, həmçinin 88 yaşlı eks-prezidentin səhhətini əsas gətirərək məhkəmə iclasının vaxtının dəyişdirilməsinə çalışıblar. Lakin hakim bu təklifi qəbul etməyib, nəticədə E.R.Montt məhkəmə zalına əlil arabasında gətirilib.

Xatırladaq ki, ölkədə 36 il davam edən vətəndaş müharibəsində təqribən 200 min nəfər öldürülüb və ya itkin hesab edilib. General E.R.Monttun 17 aylıq hakimiyyəti ən qanlı dövr hesab olunur. İttiham tərəfinin versiyasına görə, generalın 1982-1983-ci illərdə hakimiyyətdə olduğu zaman 1700-dən artıq Mayya hindusunun qətlində əli var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR