x
Loading...
.

Nəqliyyat Nazirliyi bu sürücüləri CƏZALANDIRACAQ

Nəqliyyat Nazirliyi bu sürücüləri CƏZALANDIRACAQ
18:29 14 Mart 2015
Ölkə mətbuatı
A- A+
.

 

Nəqliyyat Nazirliyi avtobusda əlillər üçün oturacaqları sökmüş sürücüləri cəzalandıracaq. Lent.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov sözügedən hadisəyə ilə bağlı modern.az-a açıqlamasında bildirib ki,  baş verənlərdən xəbərdardırlar.

 

“Bununla bağlı bizə də məlumatlar daxil olub. Nəqliyyat Nazirliyi avtobuslarda konstruksiyaların dəyişdirilməsi ilə bağlı böyük bir reyd keçirəcək. Reyd nəticəsində avtobuslarda özbaşına konstruksiyalar dəyişdirilənlər müəyyənləşdiriləcək”. O qeyd edib ki, qətiyyən narahatlığa əsas yoxdur: “Birinci növbədə nöqsanlar aşkarlanan avtobusların sürücüləri, sonra isə sahibkarlar cəzalandırılacaq. Yaxın günlərdə nəticə barədə ictimaiyyətə məlumat veriləcək.

 

Yeni gətirilməyindən və ya əvvəldən istismara verilməsindən asılı olmayaraq heç kəsin avtobusların konstruksiyasına müdaxilə etməyə ixtiyarı yoxdur. Bu tamamilə məntiqə sığmayan və qanunsuz hərəkətdir”. Nazirliyin sözçüsü avtobusların orta hissəsindəki oturacaqların da sökülərək daha çox sərnişinin ayaq üstə dayanmasını təmin edən sürücülərin də cəzalandırılacağını istisna etməyib: “Nəinki yeni, ümumiyyətlə, bütün avtobus marşrutlarında araşdırmalara başlayacağıq. Nöqsanı olanlar mütləq cəzalanacaq. Buna əmin ola bilərsiniz”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/196345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR