Bakıda "avtoş"luq edən deputat oğlu cəzalandırıldı

Bakıda "avtoş"luq edən deputat oğlu cəzalandırıldı
18:09 6 Yanvar 2015
188 Ölkə
Ölkə mətbuatı
A- A+

Millət vəkili məsələ ilə bağlı açıqlama verib

Bayram günlərində Bakıda  qadağan olunan səs siqnallarından istifadə edən, bununla da asayişi pozan sürücü saxlanılıb. Lent.az-ın aznews.az-a istinadən məlumatına görə,  avtoxuliqanlıq edən sürücünün 10 GV 888 dövlət nömrə nişanlı “Maserati” markalı bahalı avtomobil isə cərimə meydançasına aparılıb. Həmin avtomobil hazırda Badamdarda yerləşən cərimə meydançasında saxlanılır. Dəbdəbəli avtomobillə “avtoşluq” edən sürücünün kimliyini araşdırıb. Məlum olub sürücü Famil Mahir oğlu Aslanovdur. Onun iş adamı, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Mahir Aslanovun oğlu olduğu müəyyən edilib. 

Məsələ ilə bağlı sualları cavablandıran millət vəkili Famil adlı oğlunun olduğunu bildirsə də, onun idarə etdiyi “Maserati”nin cərimə meydançasına aparılmasını təsdiqləməyib: “O, orqan işçisidir. Onun qayda pozması və maşınının cərimə meydançasına aparılması inandırıcı deyil. Ancaq hər birimiz qanun qarşısında cavabdehik və bu baxımdan əgər yol hərəkət qaydalarını pozuruqsa, avtomobilimiz cərimə meydançasına aparıla bilər”. 

Prezidentin sərəncamı ilə qadağan olunan bu səs siqnallarından istifadə etmək ən ağır qayda pozuntusu hesab edilir və bu əməli törədən şəxsin işi məhkəmədə həll olunur. 

Qeyd edək ki, Mahir Aslanov Gorbanboy-Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilib. Onun digər oğlu Məhəmmədəli Aslanov “Bank of Azerbaijan”ın İdarə Heyətində çalışır.

Deputat oğlunun cərimə meydançasındakı “Maserati”sinin fotosunu təqdim edirik:

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR