Rəssam Məlik Məmmədxanovun fərdi sərgisi açılıb

Rəssam Məlik Məmmədxanovun fərdi sərgisi açılıb
19:58 14 Mart 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 14 mart, G.Əfəndiyeva, AZƏRTAC 
Martın 14-də “Bakı” rəsm qalereyasında Azərbaycan Rəssamlar İttifaqının üzvü Məlik Məmmədxanovun fərdi sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, ekspozisiyada rəssamın əsasən portret janrında çəkdiyi qrafik əsərləri, düzəltdiyi büstlər, yağlı boya ilə yaratdığı natürmortları nümayiş olunur.
Tədbirdə qalereyanın direktoru Eldəniz Babayev bildirib ki, sərgidə müəllifin qrafika və heykəltəraşlıq nümunələri nümayiş olunur. Beynəlxalq və respublika sərgilərinin iştirakçısı olan fırça ustasının əsərlərində təsvir edilən nar meyvəsi və xalça-palaz mövzusu onun vətənə bağlılığının əyani sübutudur.
Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov əsərlərində milli etnoqrafik və məişət əşyalarından məharətlə istifadə edən rəssamın narla natürmortlarının göz oxşadığını, “Narla üzüm”, “Sübh çağı” və “Mis qablar ilə narlar” rəsmlərinin kompozisiya və rəng həlli ilə fərqləndiyini qeyd edib.
Tədbirdə M.Məmmədxanovun sənət dostları çıxış edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Üç gün davam edəcək sərgidə rəssamın 30-dək əsəri nümayiş olunur.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ressam_Melik_Memmedxanovun_ferdi_sergisi_achilib-839418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR