Sahibsiz heyvanlara göstərilən xidmət (FOTO)

Sahibsiz heyvanlara göstərilən xidmət (FOTO)
20:01 14 Mart 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda Heyvanların Xilas Edilməsi Mərkəzində (AARC) evsiz heyvanlara hər cür şərait yaradılıb.

4 hektar sahədə evsiz it və pişiklərin saxlanması, müalicəsi üçün hər cür imkan var.

Mərkəzin yaradılmasında məqsəd kimsəsiz heyvanlara nəzarət etmək, o cümlədən respublikada bu heyvanlara qayğı mədəniyyəti formalaşdırmağa töhfə verməkdir. Sahibsiz heyvanlarının qayğısına qalmaq, onları sağaldaraq yenidən həyata qaytarmaq mərkəzin əsas iş prinsipləridir. Özəl olaraq fəaliyyət göstərən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinin ərazisinə daxil olarkən sanki böyük bir bağa düşürsən. 4 hektarlıq ərazidə hər kəs öz işini görür. Kimi itləri gəzdirir, kimi onları yemləyir, kimi bağda ağaclara qulluq edir. Bu heyvanlara ümumilikdə 50-dək şəxs qulluq edir.

"Azərbaycan Animal Rescue Mərkəzi"nin təcili yardım xidməti bir zəngdən sonra gələrək, xəstə heyvanları alır, yerli və beynəlxalq baytarların iştirakı ilə tibbi müayinədən keçirir, sonra isə onları tamamilə təhlükəsiz və sağlam vəziyyətə qaytarırlar.

Mərkəz 2009-cu ildə yaradılıb.
























































Mənbə
Trend



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=331913

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR