Bəzi rayonlarda qaz olmayacaq

Bəzi rayonlarda qaz olmayacaq
18:12 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Sabah bəzi rayonlarda təmir işləri aparılacaq, qaz təchizatında məhdudiyyətlər olacaq
Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, yanvarın 7-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Yaşma” Qazpaylama stansiyasında, eləcə də bir neçə ölçü qovşağında, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Hacıqabul-1” və “Kürdmaşı”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Kövər”, Astara Magistral qaz kəmərləri sahəsinin “Lerik” və “Yardımlı” Qazpaylama stansiyalarında, həmçinin qaztənzimləmə məntəqələrində təmir işləri aparılacaq.

Təmir müddətində Xızı rayonunun Yaşma və Giləzi, Hacıqabul rayonunun Hacıhətəmli, Kürdmaşı, Aşıq Bayram və Qarakollu, Yevlax rayonunun Kövər-1, Malbinəsi, Qoyunbinəsi, Kolanı, Hacımahmudlu və Quzanlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Lerik və Yardımlı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/317606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR