Milyonlarla şagirdə kompüter paylanılacaq

Milyonlarla şagirdə kompüter paylanılacaq
21:12 14 Mart 2015
Ölkə mətbuatı
A- A+

Britaniyanın BBC şirkəti Make it Digital adlı genişmiqyaslı proqram işə salıb. Şirkət proqram çərçivəsində ödənişsiz mikrokompüterlər paylamaqla ölkədə proqramlaşdırma sahəsinə marağı yüksəltmək niyyətindədir. 
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, BBC Make it Digital proqramı BBC Micro təşəbbüsünün varisidir. Şirkət ötən əsrin 80-ci illərində britaniyalıların diqqətini fərdi kompüterlərə (FK) cəlb etmək üçün bütün ölkə ərazisində BBC Micro proqramını işə salmışdı. O zaman BBC şirkəti BBC Micro adlı öz ev FK-ni çıxarmış və onun istifadəsi üçün öyrədici proqramlar seriyası çəkmişdi.
 
BBC şirkəti Make it Digital çərçivəsində bir milyon Micro Bit (Raspberry Pi kompüterinin analoqu) mikrokompüterini şagirdlərə paylayacaq, 5 min işsiz yeniyetməyə proqramlaşdırmanın əsaslarını öyrədəcək və Samsung, Google, Microsoft və ARM daxil olmaqla 50-dən çox müxtəlif şirkətlərlə əməkdaşlıq razılaşması imzalayacaq.
 
BBC şirkətinin nümayəndəsi bildirir ki, yaxın beş il ərzində ölkədə ən azı 1,4 milyon rəqəmli mütəxəssis çatmayacaq. Make it Digital proqramı məhz bu boşluğu aradan qaldırmaq üçün nəzərdə tutulub.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/329399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR