Əməkdar artistin öd kisəsini kəsdilər - FOTO

Əməkdar artistin öd kisəsini kəsdilər - FOTO
18:17 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Elşən Cəbrayılov əməliyyat olunub
Milli.Az xəbər verir ki, bu barədə report-a Elşən Cəbrayılov özü məlumat verib.

Aktyorun öd kisəsi götürülüb. O, əməliyyatın uğurlu keçdiyini bildirib. Hazırda aktyor özünü normal hiss edir.

"Hazırda əməliyyat olunduğum özəl klinikadayam. Əslində, bura "check-up" (tam müayinə - red.) etdirmək üçün gəlmişdim. Ümumi müayinə zamanı məlum oldu ki, öd kisəm çox şişib və ciddi problem yarana bilər. Ona görə də təcili əməliyyat olundum. İndi özümü normal hiss edirəm. Bu gündən yavaş-yavaş gəzməyə başlamışam. Sabah məni evə yazacaqlar.
Yəqin ki, bir-iki həftəyə sağalaram. Sonra teatra qayıdıb, tamaşalarımı oynamağa davam edəcəm".

Qeyd edək ki, Elşən Cəbrayılov mərhum aktyor Şahin Cəbrayılovun oğludur.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/317610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR