Dünya hələ belə rekord görməmişdi - FOTOSESSİYA

Dünya hələ belə rekord görməmişdi - FOTOSESSİYA
18:22 6 Yanvar 2015
326 Maraqlı
Ölkə mətbuatı
A- A+

İki amerikalı alpinist bəşər tarixində indiyədək kimsənin etmədiyi, bacarmadığı və cürət göstərmədiyi nəticəyə nail olmaq istəyirlər.
 
30 yaşlı Kevin Yorqeson və 36 yaşlı Tommi Kolduell ABŞ-dakı Yosemit Milli Parkındakı "El Kapitan" adlı qayanın şaquli divarında 10 gün qalacaqlar.
 
Milli.Az ABC-yə istinadən bildirir ki, "El Kapitan"ı indiyədək yüzlərlə, minlərlə alpinist fəth edib. Amma indiyədək kimsə qayanın şaquli divarında kimsə qısamüddətli "yaşam"a cürət etməmişdi.
 
Kaliforniya ştatındakı Santa-Roza şəhərində yaşayan Kevin Yorqeson və Kolorado ştatındakı Estes Park şəhərinin sakini, 36 yaşlı Tommi Kolduell qayaya ən minimal alpinist avadanlığından istifadə edərək qalxırlar.
 
"El Kapitan" dünyanın ən böyük və ən yüksək monolit qayası sayılır.
 
Rekordu fotoqraf Riç Kori fotosalnamə halına salacaq.
 
Milli.Az
 
Böyütmək üçün şəkillərə klikləyin.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR