Azərbaycanlı taekvondoçu “Dutch Open” beynəlxalq turnirində uğurla çıxış edirlər

22:03 14 Mart 2015
30 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 14 mart, AZƏRTAC 
Böyüklərdən ibarət taekvondo üzrə seçmə komandamız növbəti beynəlxalq turnirə yollanıb. Millimiz martın 13-dən 15-dək Hollandiyanın Eyndhoven şəhərində keçirilən “Dutch Open”da 19 idmançı ilə təmsil olunur.
Yarışda komandamız 19 taekvondoçu ilə təmsil olunur. Komanda turnirə Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyammədin Paşayevin rəhbərliyi ilə qatılıb.
AZƏRTAC xəbər verir ki, martın 14-də “Dutch Open” beynəlxalq turnirində iştirak edən taekvondoçularımızdan 49 kiloqram çəki dərəcəsində mübarizə aparan Patimat Abakarova medala layiq görülüb. P.Abakarova dörddəbir final mərhələsində polşalı rəqibi üzərindəki qələbəsindən sonra yarımfinal mərhələsinə vəsiqə qazanaraq ən azı bürünc medalı təmin edib. Yarımfinalda onun rəqibi türkiyəli Rukiye Yıldırımdır.
Kişilərdən ibarət yığma komandanın baş məşqçisi Reza Mehmandoust bu turnirdə Mikayıl Əliyev (54 kq), Maqomedyasin İbraqimov (58 kq), Məhəmməd Məmmədov (58 kq), Sina Bahrami (-63 kq), Kamil Abdulrrazakov (63 kq), Ayxan Tağızadə (68 kq), Səid Quliyev (74 kq), Elvin Məmmədov (74 kq), Əhməd Mohammadi (87 kq), Radik İsayevə (+87 kq) şans verəcək.
Qadınlardan ibarət yığmamızın baş məşqçisi Sun Mi Park isə Ceren Özbək (46 kq), Paniz Esmaelpour (49 kq), Patimat Abakarova (49 kq), Nurgül Çelik (49 kq), Lazara Caridad Valdes Povea (53 kq), Günay Ağakişiyeva (57 kq), Daria Şkurko (-62 kq), Fəridə Əzizova (67 kq), Marina Tedeevanı (73 kq) sınaqdan çıxardacaq.
Yığma komanda martın 17-də Vətənə dönəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanli_taekvondochu_Dutch_Open_beynelxalq_turnirinde_ugurla_chixis_edirler-839447

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR