Metrobüslər bir-birinə çırpıldı (VİDEO)

Metrobüslər bir-birinə çırpıldı (VİDEO)
18:26 6 Yanvar 2015
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə 2 metrobüs bir-birinə dəyib.

ANS PRESS-in məlumatına görə, Edirnekapı deyilən ərazidə baş verən qəza zamanı dayanacaqda dayanan bir metrobüsə arxadan gələn başqa bir metrobüs dəyib. Qəza nəticəsində metrobüsün ön şüşəsi qırılıb və 3 sərnişin yaralanıb.

Hadisə yerinə gələn həkimlər yaralılara ilkin yardım ediblər. Daha sonra zərər çəkənlər ətrafdakı xəstəxanalara yerləşdirilib.

Bildirilib ki, yaralıların vəziyyəti yaxşıdır və müalicələri davam etdirilir.








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR