“Azərbaycan və Türkiyənin özəl sektorları arasındakı münasibətlər gücləndirilməlidir”

“Azərbaycan və Türkiyənin özəl sektorları arasındakı münasibətlər gücləndirilməlidir”
23:17 14 Mart 2015
Ölkə mətbuatı
A- A+

“Hindistanı bir az kənarda tutsaq, inkişaf etməkdə olan bütün ölkələrdən valyutanın qalxdığını görürük. Bu ölkələrin iqtisadiyyatı əvvəlki inkişaf tempini nümayiş etdirə bilmədiyinə görə, investisiyalarda yavaşlama özünü göstərir. Ona görə də qlobal valyuta vahidi özünə daha sərfəli qazanc yerləri axtararaq inkişaf etməkdə olan bazarları tərk edir. Türkiyə Mərkəzi Bankı ətrafında cərəyan edən mübahisələr türk lirəsinin daha çox dəyər itirməsinə səbəb oldu”.
 
Milli.Az APA-ya istinadən bildirir ki, bunu “Habertürk” qəzeti və eyni adlı telekanalın iqtisadi şərhçisi Əbdürrəhman Yıldırım deyib.
 
Ə. Yıldırım deyib ki, türk lirəsi dominant əcnəbi valyutaya görə bir qədər güclü olub: “Bir qədər zəifləməsi lazım idi, ancaq hazırda lirə daha çox dəyər itirdi”.
İqtisadçı Azərbaycanla Türkiyə arasındakı iqtisadi münasibətlərə də toxunub və bildirib ki, Azərbaycan dünya ölkələri arasında cümhuriyyət dönəmində Türkiyəyə ən çox birbaşa sərmayə gətirmiş ölkə olması sevindiricidir: “ Azərbaycanın Türkiyənin iqtisadi cəhətdən inkişafında böyük rolu var.

Türkiyə keçən əsrin 90-cı illərindən etibarən qardaş türk cümhuriyyətləri ilə əməkdaşlıq əlaqələri qurdu. ARDNŞ Türkiyədə çox böyük investisiyalara imza atıb, buna paralel olaraq Türkiyənin böyük şirkətlərinin Azərbaycanda iri həcmli investisiyaları barədə isə məlumatsızam. Mən burada günahı özəl sektorda görürəm. Qardaşlığımızın gərəyi olaraq dövlətlərimiz lazımi addımları atır, ancaq dövlətlə yanaşı özəl sektorlarımız arasındakı iş münasibətlərinin gücləndirilməsi lazımdır”.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/37626.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR