İslam Dövləti sosial mediadan didərgin salınır

İslam Dövləti sosial mediadan didərgin salınır
23:42 14 Mart 2015
51 Dünya
Ölkə mətbuatı
A- A+

Britaniya hakimiyyət orqanları bildirirlər ki, internetdə hədəfləndikcə İD daha çox kiçik və az tanınan saytlara üz tutur.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, Mariusz Zurawek vətəni Polşada bircə həftəsonunun ərzində öz sosial şəbəkəsini yaratmışdı. O foto və videoların postlanmasını son dərəcə asanlaşdırmaq istəyirdi.
Onun justpasteit.com saytı qeydiyyat və ya hesab açmaq tələb etmirdi. Bu bir gecənin içində qazanılmış uğur idi, lakin Zurawek onun şəbəkəsini ziyarət edənlərin qəribə demoqrafiyasının şahidi oldu.
 
Saytı ziyarət edənlərin 60 faizi ərəbdilli ölkələrdən idi. Bu isə Avropa internet saytları üçün qeyri-adi bir haldır. Üstəlik 2014-cü ilin əvvəllərindən bəzi istifadəçilər problem yaratmağa başladılar.
 
Saytda Suriyadan postlanmış və bəzilərinın baxılması son dərəcə narahatlıq doğuran foto və videolar dərc edilirdi. Nəhayət bəlli oldu ki, bu saytdan İslam Dövləti təşkilatının cihadçıları istifadə edirlər.
 
“Künc-bucaqda gizlənənlər”
 
Sosial mediada İD-in və onun tərəfdarlarının apardıqları təbliğat ekstremizmə qarşı mübarizədə beynəlxalq birlik üçün böyük problemlər yaradır. İD-in internetdəki fəaliyyəti həm hökumətlərin, həm də “Anonymous” kimi haker qruplarının diqqətini cəlb edir.
Bu qrup ötən ay İD-ə aid olduğu düşünülən sosial media hesablarına haker hücumları edib. Britaniya hakimiyyət orqanları bildirirlər ki, internetdə hədəfləndikcə İD daha çox kiçik və az tanınan saytlara üz tutur.
 
Bələdiyyə Polisinin Anti-Terror komandanlığı bildirir ki, ekstremistlər internetdə qarabaqara izləndikcə saytdan-sayta keçməyə məcbur olur, böyük şəbəkələrdən qaçıb künc-bucaqda gizlənilər.
 
“Kün-bucaq” isə justpasteit.com kimi saytlardır. Zurawek deyir ki, o, əvvəl-əvvəl saytından suriyalıların istifadə etməsindən qürur duyurmuş, lakin sonradan postlanan şəkil və videolar qəddarlaşıb.
 
İD bu saytda törətdiyi qətl və edamların görüntülərini dərc edirmiş.
 
Zurawek deyir ki, o, əvvəl-əvvəl saytından suriyalıların istifadə etməsindən qürur duyurmuş, lakin sonradan postlanan şəkil və videolar qəddarlaşıb. İD bu saytda törətdiyi qətl və edamların görüntülərini dərc edirmiş.
 
Məhz bu məqamda justpaseit.com-un yaradıcısı fikrini dəyişib.
 
O elə bunlar barədə düşünürmüş ki, polisdən ona zəng ediblər. London Bələdiyyə Polisi ondan öz saytındakı bir sıra postları silməsini xahiş edib.
London polisinin Polşada yurisdiksiyasının olmadığına baxmayaraq Zurawek bu ricanı yerinə yetirib. O vaxtdan bəri polis vaxtaşırı Zurawek-ə zəng edir. O, indiyədək İD-ə bağlı olduğu düşünülən 2000-dək postu silib.
 
Nəzarətsiz məkan
 
Bu yaxınlaradək ABŞ Strateji Anti-Terror Kommunikasiyaları Departamentinin idarəsində çalışan Alberto Fernandez deyir ki, internet əl-Qaeda və İD üçün nəzarətsiz məkandır, lap elə Suriya, Somali və ya Yəmənin bəzi əraziləri kimi.
 
Ekspert deyir ki, terrorçular bu nəzarətsiz məkanda da daim izlənirlər. İstər Twitter olsun, istər Facebook, istər YouTube, istərsə də Ask.fm…
Bu həftənin əvvəllərində bir internet saytı xəbər mediasının diqqətini cəlb etmişdi. Facebook-a bənzər “5elafabook” ("khelafa-book" – “xilafət” sözündəndir) adlı şəbəkə internetdə bircə gün qala bilmişdi. Onun Tvitter və Facebook hesabları bağlanmışdı.
Bununla belə, BBC Monitoring-dən Peter King düşünmür ki, bu sayt birbaşa İD-ə aid olub. Onun fikrincə bu şəbəkəni ya İD-ə rəğbət bəsləyən dəstəkçilər və ya ola bilsin, yaraqlıları üzə çıxarmaq istəyən kəşfiyyat orqanları yaradıblar.
 
Zurawek də etiraf edir ki, onun problemləri interneti ziyanlı materiallardan qorumağın nə dərəcədə çətin olduğunu göstərir.
“İnternetdə hamı anonim ola bilər – deyir o, - Hətta Twitter, YouTube və Facebook kimi böyük şirkətlərin də İD problemi var və onlar da bütün materaillara nəzarət edə bilmirlər. Bu problem internetin arxitekturasından doğur”.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/329613.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR