Sami Yusuf Bakıda konsert verdi (FOTO)

Sami Yusuf Bakıda konsert verdi (FOTO)
01:26 15 Mart 2015
64 Şou
Ölkə mətbuatı
A- A+

Martın 14-də Heydər Əliyev Sarayında Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf geniş konsert proqramı ilə çıxış edib.

ANS PRESS-in məlumatına görə, "Sarı gəlin” adlanan konsert “KEvents group”un təşkilatçılığı ilə reallaşıb. Bu barədə AzərTAc xəbər verir.

Sami Yusuf konsertdə "The Centre” adlı albomunda yer alan musiqiləri, həmçinin “Sarı gəlin” və “Küçələrə su səpmişəm” mahnıları da daxil olmaqla 19 mahnı ifa edib.

Onu yerli musiqiçilər müşayiət edib. Konsertdə, həmçinin “Natiq” ritm qrupu da çıxış edib.

Konsertdə maraqlı məqamlardan biri də Sami Yusufun ona hədiyyə olunan Azərbaycan bayrağını öpərək pianonun üstünə sərməsi olub. Müğənninin bu jesti tamaşaçılara xoş təsir bağışlayıb.

Tamaşaçıların təkidi ilə konsertin repertuarından əlavə bir neçə mahnı oxuyan müğənninin ifaları alqışlarla müşayiət olunub.

Qeyd edək ki, Sami Yusuf eyni konsert proqramı ilə martın 15-də də çıxış edəcək.

Məlumat üçün bildirək ki, Tehranda dünyaya göz açan əslən azərbaycanlı olan Sami Yusufun Bakıda ilk konserti 2006-cı ildə keçirilib.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=331929

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR