Siemens Misirin elektrik enerjisi sisteminə 10 mlrd. dollar vəsait yatıracaq

02:12 15 Mart 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

[ 15 Mart 2015 01:59 ]

Bakı-APA. Misir hökuməti və Siemens şirkəti arasında ölkənin energetika sahəsində obyektlərin tikintisinə dair ilkin saziş imzalanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, imzalanmış sazişin dəyəri 10 mlrd. dollar təşkil edir.

 

Müqavilə  ümumi gücü 6600 MVt  olacaq altı elektrik stansiyasının tikintisini nəzərdə tutur. Sazişdə həmçinin transformatorların və külək elektrik stansiyaların komponentlərinin istehsalı üzrə müəssisənin tikintisi nəzərdə tutulub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/376210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR