Mikayıl Müşfiqin xatirəsi anıldı

Mikayıl Müşfiqin xatirəsi anıldı
18:47 6 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Şairin ev muzeyinin qarşısında təşkil olunan toplantıda sənətkarın həyat və yaradıcılığına nəzər salınıb, onun şeirləri səsləndirilib
Bu gün Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsi anılıb. Sənətkarın ölümünün 77-ci ildönümünə həsr olunan mərasim rayonun Sayadlar kəndində Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında keçirilib.

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, ölməz şairin büstü ətrafına toplaşan yazıçılar, şairlər, elm və incəsənət xadimləri Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında danışıb, şairin ədəbiyyatımızda tutduğu mövqedən, lirikasının səciyyəvi cəhətlərindən geniş söhbət açıb.
 
Anım mərasimində çıxış edənlər görkəmli poeziya ustasının yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinə olduğunu qeyd edib. Toplantıda Xızı məktəbliləri ölməz şairin şeirlərindən parçalar səsləndirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/317615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR