Vaqifsayağı caz olacaq

Vaqifsayağı caz olacaq
11:31 15 Mart 2015
50 Şou
Ölkə mətbuatı
A- A+

Vaqif Mustafazadənin 75 illik yubileyi münasibətilə “Vaqifsayağı” caz festivalı keçiriləcək.

ANS PRESS-in məlumatına görə, festival martın 16-da “İçərişəhər”də keçiriləcək festivalda ölkənin tanınmış və gənc caz ustalarının iştirakı gözlənilir. İki hissədən ibarət olacaq “Vaqifsayağı” ənənəvi caz festivalı Vaqif Mustafazadənin məzarını ziyarətlə start götürəcək, qonaqlar və media nümayəndələri “İçərişəhər”də sənətkarın ev muzeyində xatirə günü keçirəcəklər.

Vaqif Mustafazadənin ev-muzeyində qonaqlar nadir eksponatlarla tanış olacaqlar.

Festivalda caz ustaları Vaqif Mustafazadənin ifa etdiyi mahnıların müəyyən hissəsini eyni tərzdə, digər bir parçasını isə özünəməxsus şəkildə ifa edəcəklər.

Qeyd edək ki, “Vaqifsayağı” caz festivalı Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, Azərbaycan Dövlət Filarmoniyasının texniki dəstəyi və “Voice of Azerbaijan” televiziya agentliyinin təşkilatçılığı baş tutacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=331960

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR