x
Loading...

O, hər azərbaycanlının ayağı altında qoyun kəsəcək - FOTO

O, hər azərbaycanlının ayağı altında qoyun kəsəcək - FOTO
11:32 15 Mart 2015
32 Sosial
Ölkə mətbuatı
A- A+
.

Sudanın ölkəmizdəki səfirliyinin müşaviri Mühammad Elballa Osman belə deyib
"Ən qədim Piramidalar diyarı Misir deyil, Sudandır!"

Sudan Respublikasının ölkəmizdəki səfirliyinin müşaviri Mühammad Elballa Osman belə iddia edir.

Anspress-in məlumatına görə, ərəbşünas Ülviyyə Sultanlının Avrasiya Universtitetinin rəhbərliylə birlikdə reallaşdırdığı layihə əsasında Universyitetə mühazirə oxumağa dəvət alan Mühammad Elballa Osmanın bu iddiası universtitet tələbələrinin tək Misir haqda bilgilərinə deyil, həm də Sudan kimi böyük və zəngin bir ölkəyə marağının yüksəlməsinə təkan verən bir fakt oldu..

Mühazirə zamanı qədim sivilizasiya məskəni olan Sudanın yeni tarixi ilə maraqlanan Avrasiya və Dillər Universtitetinin tələbələri Ərəb Baharının Sudandan yan keçməsinin səbəbini soruşarkən diplomatın cavabı çox maraqlı oldu: "Bu sudanlıların davakar olmadıqlarına görə baş vermədi... Neçə illər ərzində Sudanın cənubuyla, şimalı arasında münaqişə yaratmaq istəyən xarici qüvvələr, hətta müharibəyə nail olsalar belə, biz məsələni sülh yoluyla həll edib, qan tökülməsinin qarşısını ala bildik".

Avrasiya universtitetindəki mühzirəsində öz ölkəsi haqda tələbələrə xoş sözlər söyləyən müşavir sözünü belə tamamladı: "Burada fəaliyyətdə olduğum müddətdə sizim xalqın sudanlılardan da gözəl, sülhpərvər və qonaqpərvər bir xalq olduğunu görüb özünü doğmaları arasında hiss etdim. Ümumi adət ənələrimizə uyğun olaraq Sudana buyuran hər bir azərbaycanlının ayağı altında qoyun kəsdirməyi öz doğmalıq borcum bilirəm".

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/329728.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR