Ruhlarla danışmaq üçün qurğu

Ruhlarla danışmaq üçün qurğu
12:05 15 Mart 2015
Ölkə mətbuatı
A- A+

Fransada ixtiraçı Tomas Edisonun əvvəllər nəşr edilməmiş memuarının son fəsli dərc edilib. Məlum olub ki, amerikalı ixtiraçı ruhların səsini eşitməyə imkan verəcək qurğu düzəltməyə cəhd edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Edison ruhların səsini yazacaq qurğu düzəltmək istəyi haqda ölümündən sonra (1948-ci ildə) dərc edilmiş memuarının (Diary and Sundry Observations) son fəslində məlumat verib.
 
Ancaq ingilisdilli nəşrlərdə Tomas Edisonun okkultizm sınaqları haqda son fəsli çıxarılıb. O, 1949-cu ilə aid fransız nəşrində saxlanılıb və 2015-ci ilin əvvəlində Fransada nümayiş etdirilmiş ixtiraçı haqda yeni kitaba salınıb.
 
Memuarın son fəslinə əsasən, 1870-ci ilin sonunda Edison fonoqrafın (qrammofonun prototipi) səs siqnallarını gücləndirən qurğu düzəltməyə çalışıb. Bundan başqa, o, öz həmkarı, mühəndis Uilyam Uolter Dinuiddi ilə müqavilə bağlayıb ki, birinci ölən, o biri dünyadan sağ qalana məlumat göndərsin.
 
Edisonun fikrincə, ruhlar mövcuddur və danışmağı sevirlər, deməli, müvafiq qurğu onların danışığını yaza bilər.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/329394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR