Azərbaycan ordusunun giziri yaralanıb

Azərbaycan ordusunun giziri yaralanıb
19:24 6 Yanvar 2015
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəbhənin Ağdam rayonu istiqamətində mina partlaması nəticəsində Şəki rayonunda anadan olmuş 1979-cu il təvəllüdlü Azərbaycan Silahlı Qüvvələrinin giziri Məmmədov Şamo Əhməd oğlu yaralanıb. Lent.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yaralı gizirə ilkin tibbi yardım göstərildikdən sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına təxliyə edilib. 

Hazırda hərbi qulluqçu həkimlərin tam nəzarəti altındadır. Vəziyyəti stabildir, həyatı üçün təhlükə yoxdur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR