x
Loading...
.

Traktor kanala aşdı, 8 yaşlı uşaq öldü

Traktor kanala aşdı, 8 yaşlı uşaq öldü
15:17 15 Mart 2015
44 Digər
Ölkə mətbuatı
A- A+
.

Salyanda traktorun kanala aşması nəticəsində 8 yaşlı uşaq ölüb.
APA-nın verdiyi məlumata görə, martın 14-də Salyan rayonunun Düzənlik kənd sakini, 1991-ci il təvəllüdlü Yusif Eldar oğlu Abbasov idarə etdiyi traktoru kanala aşırıb.
 
Traktorda olan qardaşı oğlu, 2007-ci il təvəllüdlü Abbasov Əvəz Elşad oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
 
Traktorun sürücüsü isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ambulator yardım alaraq evə buraxılıb.
 
Faktla bağlı Salyan polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/329753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR