x
Loading...

Bakıda beynəlxalq onkoloji elmi konfrans başa çatıb

15:28 15 Mart 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Bakı, 15 mart, AZƏRTAC
Martın 15-də Bakıda onkologiyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq elmi konfrans başa çatıb.
AZƏRTAC xəbər verir ki, ABŞ, Almaniya, Avstriya, Türkiyə kimi ölkələr daxil olmaqla dünyanın 20-dən çox ölkəsindən Bakıya gəlmiş nüfuzlu alim, tədqiqatçı və aparıcı mütəxəssislər onkoloji xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində azərbaycanlı həmkarlarının əldə etdikləri nəticələrlə tanış olub, onlarla təcrübə mübadiləsi aparıblar.
İki gün davam edən konfransda onkoloji patologiyaların diaqnostikası və müalicəsinin təfərrüatları, səhiyyənin müxtəlif aktual problemləri, onkologiya qarşısında duran vəzifələr və onların potensial həlli yolları müzakirə edilib.
Konfransın ikinci günüdə onkologiya sahəsində dünyanın tanınmış mütəxəssisləri Regina Barth (Almaniya), Martin Burian (Avstriya) və Karen V.Francisin (ABŞ), Azərbaycan Milli Onkologiya Mərkəzindən isə Zəhra Vəzirova və Fuad Əliyevin məruzələri dinlənilib.
Sonra paralel olaraq professor Banu Arun (ABŞ), Sezar Nunez (ABŞ), profesor Josef Nates (ABŞ), Regina Barth (Almaniya) ustad dərsləri keçiblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_beynelxalq_onkoloji_elmi_konfrans_basa_chatib-839492

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR