Deputat oğlu Bakıda “avtoş"luq” etdi (FOTO)

Deputat oğlu Bakıda “avtoş"luq” etdi (FOTO)
19:31 6 Yanvar 2015
196 Ölkə
Ölkə mətbuatı
A- A+

Bayram günlərində Bakı küçələrində qadağan olunmuş səs siqnallarından istifadə edən, bununla da asayişi pozan sürücü saxlanılıb.

ANS PRESS-in məlumatına görə, avtoxuliqanlıq edən sürücünün 10 GV 888 dövlət nömrə nişanlı “Maserati” markalı bahalı avtomobil isə cərimə meydançasına aparılıb. Həmin avtomobil hazırda Badamdarda yerləşən cərimə meydançasında saxlanılır.

Məlum olub ki, dəbdəbəli maşınla "avtoş"luq edən sürücü Famil Mahir oğlu Aslanovdur. Onun iş adamı, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Mahir Aslanovun oğlu olduğu müəyyən edilib.

Məsələyə münasibət bildirən millət vəkili Famil adlı oğlunun olduğunu bildirsə də, onun idarə etdiyi “Maserati”nin cərimə meydançasına aparılmasını təsdiqləməyib: “O, orqan işçisidir. Onun qayda pozması və maşınının cərimə meydançasına aparılması inandırıcı deyil. Ancaq hər birimiz qanun qarşısında cavabdehik və bu baxımdan əgər yol hərəkət qaydalarını pozuruqsa, avtomobilimiz cərimə meydançasına aparıla bilər”.

Yeri gəlmişkən, prezident sərəncamı ilə qadağan olunan bu səs siqnallarından istifadə etmək ən ağır qayda pozuntusu hesab edilir və bu əməli törədən şəxsin işi məhkəmədə həll olunur.

Qeyd edək ki, Mahir Aslanov Gorbanboy-Naftalan seçki dairəsindən Milli Məclisə deputat seçilib. Onun digər oğlu Məhəmmədəli Aslanov “Bank of Azerbaijan”ın İdarə Heyətində çalışır.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR