Balakəndə iki maşın toqquşub, 4 nəfər yaralanıb

Balakəndə iki maşın toqquşub, 4 nəfər yaralanıb
17:04 15 Mart 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə saat 22.40 radələrində Balakən rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumatına görə, rayonun Mahamalar kənd sakini Sərxan Çantayevin idarə etdiyi “VAZ-2109” markalı və Akif Şıxıyevin idarə etdiyi “QAZ-31” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış hər 2 sürücü və A.Şıxıyevin sərnişini, oğlu Şamil, habelə S.Çantayevin sərnişini, Mahamalar kənd sakini Nail Tinatiyev xəstəxanaya yerləşdiriliblər. Balakən RPŞ tərəfindən araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/12152

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR