TQDK Apelyasiya Komissiyası yaratdı

TQDK  Apelyasiya Komissiyası yaratdı
17:09 15 Mart 2015
96 Sosial
Ölkə mətbuatı
A- A+

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015/2016-cı tədris ili üçün baza ali tibb təhsili əsasında rezidentura səviyyəsinə qəbul imtahanının bu gün keçirilmiş birinci mərhələsində iştirak edən namizədlərə müraciət edib. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanın birinci mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün TQDK-da Apelyasiya Komissiyası yaradılıb.

 

Apelyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Namizədlər Apelyasiya Komissiyasına 16-18 mart 2015-ci il tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/196399

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR