"Hiss edirəm ki, Tanrı məni..."

"Hiss edirəm ki, Tanrı məni..."
17:12 15 Mart 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya mediasının diqqəti hazırda I Fransiskin olduğu Vatikana yönəlib
Roma Papası I Fransisk bir neçə il ərzində pontifik kürsüsünü tərk edəcəyini bəyan edib.

Anspress-in məlumatına görə, Papa Meksika televiziyasına müsahibəsində pontifik vəzifəsində maksimum 4-5 il qala biləcəyini deyib.

"Məndə belə hiss var ki, pontifiklik müddətim qısa olacaq. Bu müddət 2-3 il də ola bilər. Hiss edirəm ki, Tanrı məni bura qısa müddətə gətirib", - deyərək açıqlama verib.

Roma Papası I Fransisk vəzifədən gedəcəyini desə də, bunun səbəblərini açıqlamayıb. Səbəblərin açıqlanmaması isə ona qarşı təzyiqlərin olduğu söz-söhbətini yaradır.

Onun bu açıqlamasından sonra katolik xristianları təşvişə düşüb. Kimi onun səhhətində problemlərin olduğunu düşünür, kimi isə Papanın təzyiqlərə görə belə addım atmağa qərar verdiyini deyir.

Vatikan rəhbərinin vəzifəyə gəlməsindən artıq 2 il ötür. Roma papası I Fransiskin sələfi 16-cı Benediktin vəzifədən getməsinin səbəbi səhhətində yaranan problemlər olmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/329759.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR