x
Loading...

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün növbəti addımı

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün növbəti addımı
17:27 15 Mart 2015
Ölkə mətbuatı
A- A+
.

"Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üçün danışıqlar çərçivəsində 2012-2014-cü illərdə ölkənin aqrar-sənaye kompleksində dəyişikliklər nəzərə alınmaqla kənd təsərrüfatına daxili dəstək üzrə yeni cədvəl hazırlayacaq".

Bunu Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
Martın 3-7-də Cenevredə Azərbaycanın ÜTT-yə üzv olması üzrə çoxtərəfli və ikitərəfli danışıqların növbəti raundu baş tutub. Bu məqsədlə M.Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Cenevrədə olub.
Onun sözlərinə görə, danışıqların əsas mövzusu aqrar sektora daxili dəstək məsələsi olub: “Azərbaycan üçün kənd təsərrüfatının ölkənin qeyri-neft iqtisadiyyatının əsas sektoru kimi inkişafının nə qədər vacibliyi bir daha qeyd edildi. Azərbaycan kənd təsərrüfatına dəstəklə bağlı məsələlər üzrə mövqeyini yenidən təsdiq etdi”.
M.Məmməd-Quliyev qeyd edib: “Bəzi ölkələr Azərbaycanda kənd təsərrüfatının inkişafının vacibliyini başa düşdüklərini bildirdilər. Bununla belə, bir sıra ölkələr hesab edirlər ki, biz bu sektora çox böyük həcmdə subsidiyalar ayırırıq. Lakin bu məbləğ ÜTT-nin kənd təsərrüfatı üzrə sazişlərinin müddəalarına tam uyğun gəlir”.
Nazir müavini əlavə edib ki, Azərbaycan 2012-2014-cü illər üçün ölkədə kənd təsərrüfatına daxili dəstək üzrə yeni cədvəl hazırlayacaq: “ÜTT-nin Katibliyi aprelin 15-dək onunla əlaqədar bizə sual və şərhlərini göndərməlidir, biz isə onlara cavab hazırlayacağıq, sonra danışıqlar qrupunun növbəti görüşü təyin ediləcək və orada bu məsələlər yenidən müzakirə olunacaq”.
 
ÜTT-yə üzv olmaq üzrə işçi qrupunun iclasına gəlincə, o, qeyd edib ki, bu çərçivədə iş davam edir: “Hazırda biz ÜTT Katibliyindən üzv ölkələrin suallarını gözləyirik, onları aldıqdan sonra cavablandıracaq, işçi qrupunun növbəti görüşünün tarixini razılaşdırmağa başlayacağıq”.
 
M.Məmməd-Quliyev bildirib ki, səfər zamanı ABŞ, Yaponiya, İsveçrə və Norveç nümayəndələri ilə ikitərəfli görüşlər də keçirilib: “Biz bəzi mövzuları nəzərdən keçirdik, lakin razılaşdırılmalı olan bir sıra açıq məsələlər qalıb. Söhbət kənd təsərrüfatı məhsulları, sənaye mallarından və s. gedir”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/329761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR