x
Loading...
.

Azərbaycan triatlonçusu Afrika Açıq Kubokunun qızıl medalını qazanıb

Azərbaycan triatlonçusu Afrika Açıq Kubokunun qızıl medalını qazanıb
17:48 15 Mart 2015
38 İdman
Ölkə mətbuatı
A- A+
.


Bakı, 15 mart, AZƏRTAC
Azərbaycanın triatlon üzrə yığma komandası bu il beynəlxalq yarışlarda ilk medalını qazanıb.
Azərbaycan Triatlon Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qızıl medalın sahibi Rostislav Pevstovdur. O, Misirin Hurgada şəhərində keçirilən Açıq Afrika Kubokunda birinci yerə layiq görülüb. Həmçinin R.Pevstov Olimpiya Oyunlarına vəsiqə əldə etmək üçün öz aktivinə reytinq balları da yazıb.
Yığmanın digər üzvləri Aleksandr Yatsenko 6-cı, Kseniya Levkovskaya isə 10-cü yerə layıq görülüb.
Qeyd edək ki, bu, R.Pevstovun ilk uğuru deyil. İdmançı ötən il Meksikada Panamerika Kubokunun gümüş medalına, eləcə də Asiya Kubokunda və Dünya Kubokunda 2-ci yerə layiq görülüb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_triatlonchusu_Afrika_Achiq_Kubokunun_qizil_medalini_qazanib-839501

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR