Milli Şura mitinq keçirdi

Milli Şura mitinq keçirdi
17:52 15 Mart 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Martın 15-də Yasamal rayonu ərazisindəki keçmiş “Məhsul” stadionunda Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

APA-nın məlumatına görə, qiymət artımına etiraz olaraq keçirilən aksiyada Milli Şuraya daxil olan qurumlarla yanaşı, digər müxalifyönlü təşkilatların təmsilçiləri iştirak ediblər.
 
Mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Milli Şuranın üzvü Rövşən Əhmədli, AXCP sədrinin müavinləri Əbülfəz Qurbanlı, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı və digərləri çıxış ediblər.
 
Sonda mitinqin qətnaməsi oxunub, növbəti mitinqin tarixi də açıqlanıb.
 
Növbəti aksiya aprelin 5-nə təyin edilib.
 
Aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
 
Qeyd edək ki, Müsavat Partiyası və digər partiyaların rəhbərləri aksiyaya qatılmayıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/329766.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR