13 yaşında zorlandı, ərə getdi, sonra da...

13 yaşında zorlandı, ərə getdi, sonra da...
18:06 15 Mart 2015
241 Digər
Ölkə mətbuatı
A- A+

13 yaşlı Hilal Ünal 13 yaşında başına gəlməyən qalmadı. ANS PRESS-in məlumatına görə, Türkiyənin Nigde vilayətində 17 yaşlı İ.A tərəfindən zorlanan Hilal, ailəsindən qorxduğu üçün ona ərə gedir.

Oğlanlarının həbsə girməsini istəməyən ailə Hilalı gəlin kimi qəbul edir və rəsmi nikah olmadan onunla evlənir. Lakin 1 ay keçmədən tapança ilə ürəyindən vurularaq qətlə yetirilir.

Hər kəs öz otağında ölü tapılan bədbəxt qızın intihar etdiyini düşünür. Lakin Hilalı öldürən tapançanın İ.A.-nın atası Rahmiyə aid olduğu ortaya çıxınca fikirlər dəyişir və qaynata polislər tərəfindən saxlanılır.

59 yaşlı Rahminin 13 yaşlı gəlinini oğlunu aldatdığı üçün öldürdüyü iddia edilir. Hilal Ünalın sosial şəbəkədə tanış olduğu nikahsız ərinin təcavüzünə uğradığı, bu səbəbdən də onunla qaçmaq məcburiyyətində qaldığı bildirildi.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=331982

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR