Rrezidenturaya qəbul imtahanının birinci mərhələsi başa çatıb

19:03 15 Mart 2015
30 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 15 mart, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 15-də 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirib.
TQDK-dan AZƏRTAC-a bildirilib ki, imtahan Bakı şəhərində üç, Naxçıvan şəhərində bir binada aparılıb və bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb. Bütün binalarda imtahan təlimata uyğun keçirilib, namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Birinci mərhələdə namizədlərə baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə 100 test tapşırığı təqdim edilib. Hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Rezidentura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi iyulun 7-də keçiriləcək və bu mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılacaq. İmtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə 2015-ci il fevralın 16-dan 23-dək aparılıb və 1245 namizəd elektron ərizə dolduraraq təsdiqləyib. Onlardan 913-ü qız, 332-si isə oğlandır. Namizədlərdən 1050-si Azərbaycan bölməsinin, 195-i rus bölməsinin, 552-si cari ilin, 693-ü isə əvvəlki illərin məzunudur. Bakı şəhərində 1213, Naxçıvan şəhərində isə 32 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 18 imtahan rəhbəri, 132 zal nəzarətçisi ayrılıb.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki mərhələsi iyulda keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rrezidenturaya_qebul_imtahaninin_birinci_merhelesi_basa_chatib-839506

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR